Liviyada daha iki kütləvi məzarlıq tapıldı

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
Liviyada Müəmmar Qəzzafi hökumətinə qarşı qiyama qalxdıqları üçün öldürülmüş insanların basdırıldığı daha bir kütləvi məzarlıq tapılıb. “İTAR-TASS“ın verdiyi məlumata görə, onlardan biri Tripolidə, digəri paytaxtdan bir qədər aralıda aşkarlanıb. “İki məzarlıqdan birlikdə 900-dək cəsəd tapılıb. Onları Qəzzafi rejiminin hərbçiləri güllələyiblər“, - deyə məlumatda bildirilir. Son bir neçə həftədə Liviyada 16 belə məzarlıq tapılıb. Onlardan ən böyüyündə 1270 cəsəd aşkarlanıb. Belçikanın paytaxtı Brüsseldə isə NATO müdafiə nazirlərinin toplantısının ilk günü başa çatıb. Mətbuat konfransı keçirən NATO-nun baş katibi Anders Foq Rasmussen toplantının ikinci günündə Liviya məsələsinin müzakirə olunacağını bildirib. Daha dəqiq desək, müdafiə nazirləri Liviyada hərbi əməliyyatların başa çatdırılması mövzusunda müzakirə aparacaqlar. Rasmussen Liviya hərbi əməliyyatlarının NATO içərisindəki çatışmazlıqları da üzə çıxardığını bildirib: “Əməliyyat qabiliyyəti yalnız bir neçə ölkənin üzərinə düşüb, hərbi dəstək və əməkdaşlıq məsələlərində xüsusilə Avropa ölkələri kifayət qədər iştirak edə bilməyib. Kəşfiyyat, müşahidə, hava qüvvəsi, havada yanacaq təchizatı kimi məsələlərdə daha çox NATO ölkəsi yer almalı idi“. Liviyadakı NATO əməliyyatları ilə Müəmmar Qəzzafinin həbs edilməsinin əlaqəli olmadığını vurğulayan Anders Foq Rasmussen, BMT və Liviya Milli Keçid Şurası ilə müzakirələrdən sonra əməliyyatların başa çatdırılmasına dair yekun qərarın veriləcəyini də bildirib.

Oxunma sayı 80