Lökbatan qəsəbəsində növbəti səyyar görüş keçirilib

16:50 12.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Hafta.az yazır ki, görüşdə rayon hüquq-mühafizə orqanlarının, təsərrüfat sahələrinin rəhbərləri, İcra Hakimiyyətinin məsul işçiləri, ümumilikdə 250 nəfərdən çox qəsəbə sakinləri iştirak edib. Görüşə gəlmiş ağsaqqallar qəsəbə ərazisində görülən işlərə görə minnətdarlıq ediblər. Sakinlərdən 24 nəfəri fərdi qaydada dinləniləndən sonra, həlli mümkün olan problemlər yerindəcə aradan qaldırılıb, vaxt tələb edənlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə prezident İlham Əliyevin tapşırığına əsasən hazırlıq mərhələsində olan “2019-2023-cü illərdə Bakı şəhərinin və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan və qəsəbə ərazisində bu Dövlət Proqramına əsasən görüləcək işlər barədə ətraflı məlumat verilib.