Londonda yüzlərlə insan ölkədə karantin rejiminin tətbiq olunmasına görə etiraz aksiyası keçirib

23:55 26.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Londonun Trafalqar meydanında yüzlərlə insan ölkədə karantin rejiminin tətbiq olunmasına görə etiraz aksiyası keçirib.

Hafta.az xəbər verir ki, etirazçılar karantin qaydalarının sərtləşdirilməsinin dayandırlmasını tələb ediblər.

Mitinq zamanı polis və aksiyaçılar arasında qarşıdurma yaranıb. Dörd polis məmuru və 3 nümayişçi yaralanıb. Polislərdən 2-si xəstəxanaya yerləşdirlib, 10 etirazçı isə həbs edilib.

Londonun meri Sadiq Xan “Twitter” hesabından etirazçıları dağılışmağa səsləyib. O bildirib ki, aksiyalar şəhərin təhlükəsizliyini riskə atır.

Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxma hallarında artım baş verdiyi üçün bəzi bölgələrdə hökumət tərəfindən karantin rejimi sərtləşdirilib.

Oxunma sayı 1389