M.F.Axundov adına Milli Kitabxanada Qazaxıstan Ədəbiyyat və Mədəniyyət Mərkəzi açılıb

11:14 28.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Paytaxtımızda keçirilən VI Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarka çərçivəsində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Qazaxıstan Ədəbiyyat və Mədəniyyət Mərkəzi açılıb.

Hafta.az yazır ki, Mərkəzdə Qazaxıstanın ilk prezidenti – Elbası Nursultan Nazarbayevin fəaliyyətinə, dünya arenasındakı roluna həsr olunan, məşhur qazax yazıçıların kitabları təqdim olunub. Ümumilikdə, kitabxanaya 200 kitab hədiyyə edilib.

Mərkəzin açılışında H.Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, TÜRKSOY baş katibi Düsen Kaseinov, Qazaxıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Darxan Kuşerbayev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Qazaxıstan Milli Akademik Kitabxanasının direktor müavini Aliya Kojabayeva və digərləri iştirak edib.