Mağaza yaxınlığında karton taralar yandı - kondisionerlər əridi

23:00 20.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Lənkəran şəhərində ümumi sahəsi 200 m² olan mağazanın yaxınlığında karton taralar 5 m² sahədə yanıb, yüksək temperaturdan mağazanın divarlarına quraşdırılan 5 ədəd kondisioner qismən əriyib. Mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.