Mağazadan 3 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

12:58 14.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 11-nə keçən gecə Yasamal rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, məlumatla əlaqədar dərhal Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İnşaatçılar prospektində yerləşən mağazadan 12000 manat dəyərində 3 ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıblar.

Araşdırma aparılır.

Oxunma sayı 32