Magistratura imtahanının bir mərhələli olması nə dərəcədə piroritet sayılır? - MÜZAKİRƏ

11:28 14.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Universitetlərinin və AMEA-nın magistratura pilləsinə qəbul imtahanları 1 mərhələli oldu.

Nazirlər Kabinetinin qərarına əsasən, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutulur.

Xatırladaq ki, bundan əvvəl iki mərhələdə keçirilirdi. İkinci mərhələdən uğurla keçən tələbələr ixtisas seçimində iştirak edirdi. Əgər 20 min tələbə imtahanda iştirak edib, 15 min tələbə uğur qazana bilirdisə, ikinci mərhələdə bu rəqəm 7-8 min arası dəyişirdi ki, uğurlu namizədlər ixtisas seçimində iştirak edirdilər. Bəs indi bu proses necə tənzimlənə bilər və bu bir mərhələli imtahan prosesi ölkədə alim olmaq istəyənlər üçün nə qədər müsbət rol oynayacaq?

Təhsil eksperti Kamran Əsədov hafta.az-a bildirdi ki, bir neçə ay əvvəldən məlum olduğu kimi, magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutan dəyişik Nazirlər kabineti tərəfindən təstiq olundu. Ekspert qeyd edir ki, qərarda qeyd olunur ki, dəyişikliklər beynəlxalq təcrübəyə istinad olunur?:

“Amma mənə maraqlıdır ki, hansı beynəlxalq təcrübəyə? Axı bizim heç bir universitet beynəlxalq reytinqdə yoxdur? Axı bizim heç bir universitetdə beynəlxalq təcrübəyə istinad olunmuş dəsr keçirilmir. Axı bizim heç bir universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığı həyata keçirilmir. Onlar bir yana dursun, bizim universitetlərin maddi texniki bazası, infrasturkturu, idarəetməsi, kitabxanası, mühazirə mətnləri dünya reytinqində ilk 2 mində olan universitetlərən geri qalırsa, hansı dünya təcrübəsindən danışılır? Zəhmət olmasa, mənə bir yazsınlar ki, hansı beynəxalq təcrübəyə əsaslanıblar? Onsuzda bizim universitetlərdə tələbələr ixtisaslarını zəif oxuyurdu, heç olmasa magistratura səviyyəsinə qəbul zamanı bir az onu oxuyurdular, indi heç o da olmayacaq. Gəlin baxaq görək universitetlərimizin məzunları ölkədə hansı ciddi layihəni həyata keçirib? Hansı Bakıda inşa edilmiş gözəl binanın, mərkəzin memarı, layihəsini hazırlamış şəxs bizim universitetin məzunudur? Hansı texniki məhsulun, kəşfin müəllifi bizim universitetin məzunudur? Hansı qanun layihəsini öz məzunumuz yazıb, xarici ölkələrdən tərcümə edib dəyişməyib? Tibb sahəsində məzunların hansı uğurlu əməliyyatını danışa bilərik? İnformasiya texnologiyaları sahəsində hansı uğuru var bizim məzunların? Ümid edirəm ki, ölkə prezidenti Cənab İlham Əliyev bu dəyişikliyi qəbul etməyəcək, ləğv edəcək. Maraqlıdır ki, magistratura - yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Amma yüksək ixtisaslı kadr ixtisas imkanı vermədən qəbul olacaq. Yeni qaydalar ciddi problemlər də yaradacaq. Belə ki, yeni qaydalara görə bir mərhələdən sonra iştirakçıların təhsil aldıqları müddətdə əldə etdikləri akademik göstəricilər, yəni qiyməti, balı hesablanıb orta bal çıxacaq və o da birinci mərhələnin üzərinə gələcək yekun bal olaraq toplanacaq. Yaxşı bəs əvvəlki illərdə məzun olanların orta balı neçə çıxacaq? Axı indi qiymətləndirmə 100 ballıq şkala üzrə müəyyənləşir, amma əvvələr 5 ballıq şkala üzrə qiymət alınırdı. İndi isə A,B,C.D ilə. Düzdür, magistratura səviyyəsində dünya təcrübəsinin Azərbaycan təhsil sisteminə tətbiq edilməsinin vaxtı çatıb. Amma bunu qəbul imtahanı ilə həyata keçirmirlər. Bunun üçün universitetlərdə ixtisaslar üzrə çatışmazlığı, ciddi problemləri aradan qaldırılmaq lazımdır. Hazırda Avropada və Türkiyədə dərslərin əksəriyyəti tədqiqat yönümlü fənlərdir. Tədqiqat metodları, ixtisasa uyğun müxtəlif proqramlar, təhlil aparma metodları və sair tədris edilir. Bizdə bunların hansı var? Dünya yeni bir dövrə qədəm qoyur, daha çox ixtisas bilikləri yüksək səviyyədə olan kadrlarla ehtiyac duyulur, biz isə ondan imtina edirik”.

Digər təhsil ekpserti Elçin Əfəndinin sözlərinə görə,magistraturaya qəbul imtahanlarının ikinci mərhələsinin ləğvi magistraturaya qəbulu asanlaşdırmaq, sadələşdirmək məqsədindən irəli gələn, gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün prosedurun birmərhələli keçirilməsini nəzərdə tutan bir addımdır:

“Bu addım bakalavrdan sonra magistr təhsili almaq istəyənlərin sayına müsbət təsir göstərəcək. Magistratura səviyyəsinə qəbul mərhələləri çətin olduğundan, müraciət edənlərin sayında həmişə azlıq müşahidə edilib. İlkin mərhələdə müvafiq balı toplasalar da, ikinci mərhələdə bunu bacarmırdılar. Həmçinin əksi də olurdu və nəticə etibarı ilə bakalavrı bitirən şəxs istədiyi ixtisasa qəbul ola bilmirdi. Yəni həm maraq az idi, həm də ikinci mərhələdən sonra qəbul olanların sayı azalırdı. Buna görə də, ikinci mərhələnin ləğvi, məncə də düzgün qərar oldu. İmtahanın sırf birmərhələli olması çox yaxşı oldu. Belə ki, ilkin mərhələdə imtahan verilən ingilis dili, informatika, məntiq hər kəsin müəyyən qədər də olsa, bilməli olduğu fənlərdir. İndi Dövlət İmtahan Mərkəzi I mərhələ üçün təyin olunan 100 ballıq qiymətləndirmə sistemini saxlayarsa, bu zaman builki qəbulda ixtisaslar üzrə formalaşmış keçid ballarında dəyişikliklər olacaq. Bu isə qəbulediləndir. Çünki dəyişiklik baş verib. Məsələn belə deyək ki, ötən il bir bakalavr 130 balla hər hansısa ixtisasa qəbul olubsa, bu il həmin ixtisasın keçid balı 95-96 ola bilər. Hələki DİM imtahan tarixini və yalnız bir mərhələdən ibarət olacaq qəbul prosesinin şərtləri barədə açıqlama verməyib. Ehtimal olunur ki, 100 ballıq qiymətləndirmə meyarı olduğu kimi qalsın. Qeyd edim ki, mələsən Dövlət İmtahan Mərkəzi magistratura üzrə 9500 plan yeri açıqlayır. Müsabiqədə isə 14000 nəfər şəxs iştirak edir və onlardan 10000 nəfəri təyin olunan keçid balını toplayır. Təbii ki, bu zaman müsabiqə vəziyyəti yaranır. Əgər bir ixtisas üzrə eyni balı toplayan bir neçə şəxs seçim üçün müraciət edibsə, bu zaman onların bakalavr ali təhsil pilləsində əldə etdikləri qiymətlərin ədədi ortası əsas götürülə bilər. Beləcə ən yüksək göstəriciyə malik olan şəxslər seçim etdiyi ixtisas üzrə qəbul ediləcək. Bütün proses başa çatandan sonra həmişə olduğu kimi düzgün seçim etməyənlər və nəticəsi yüksək olmayanlar müsabiqədən kənarda qalacaq. Bütün bunlar fikrimcə, magistraturaya marağı daha da artıracaq və elmə tərəf gedənlərin sayçoxluğu ilə müşahidə olunacaq”.

Oxunma sayı 138