Magistraturaya qəbul imtahanı bir mərhələdə keçiriləcək

21:38 13.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər edilib.

Nazirlər Kabinetindən hafta.az-a verilən məlumata görə, dəyişikliklər beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

Qeyd edilməlidir ki, hazırda imtahanlar iki mərhələdə aparılır:

I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;

 

II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.

Oxunma sayı 141