Malayziya kralı karantinə yerləşdirilib

14:59 26.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Malayziya kralı Sultan Abdulla Riyətəddin əl-Mustafa və kraliça Əzizə Əminə Maymuna İsgəndəriyyədə karantinə yerləşdirilib.

Hafta.az-ın məlumatına görə, buna səbəb kral sarayının yeddi əməkdaşında koronavirusun aşkar edilməsi olub.

Qeyd olunur ki, kral və kraliça üzərində keçirilən test mənfi göstərib. Buna baxmayaraq, onların 14 gün müddətinə karantinə alınması məsləhət görülüb.

Bu günədək Malayziyada 1 796 nəfər koronavirusa yoluxub, 21 nəfər vəfat edib.