TÜRK PA baş katibi Almatı sammitində iştirak edəcək

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
TÜRK PA baş katibi Ramil Həsənov oktyabrın 20-21 Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türkdilli Dövlətlər Başçılarının sammitində iştirak edəcək. Bu haqda “Həftə içi“nə TÜRK PA baş katibliyindən məlumat verilib. Məlumatda o da qeyd olunur ki, sammit çərçivəsində TÜRK PA baş katibinin Xarici İşlər Nazirlərinin toplantısında və Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin iştirak edəcək sammitində iştirakı planlaşdırılır. TÜRK PA baş katibinin Türkdilli Dövlətlər Başçılarının qarşısında TÜRK PA-nın birillik fəaliyyəti ilə bağlı hesabat çıxışı da nəzərdə tutulur. Məlumatda o da deyilir ki,səfər çərçivəsində Həsənovun həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TÜRKKON) baş katibi, Səfir Halil Akıncı və TÜRKSOY-un baş katibi Düsen Kaseynovla da ikitərəfli görüşləri də planlaşdırılır.

Oxunma sayı 124