Mark Entoni sərgini satın aldı

23:24 07.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

80 milyon dollar gəliri olan amerikalı ifaçı Mark Entoni hərəkəti ilə eşidənləri təəccübləndirir.

Hafta.az xəbər verir ki, ifaçı Mayamidəki "Avont qaleri"də nümayişə çıxarılan əsərlərin hamısını alıb.

Mark 12 əsərə 150 min dollar xərcləyib. Onun sahib olduğu kolleksiyadakı əsərlər 18-ci əsrə aiddir.

"İnterpritation" adlanan sərgidə nümayişə çıxarılan tablolar kral və kraliçalara, o cümlədən siyasətçilərə həsr edilib.