Masallıda 6 otaqlı ev yanıb

12:30 02.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.