Masallıda xəstəxanada əməliyyat - Baş həkim saxlanıldı

21:23 22.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayon xəstəxanasında əməliyyat keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a xəbər verir ki, əməliyyat zamanı xəstəxananın baş həkimi Cəlil Nəzərov saxlanılıb.

Onun maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir. Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.  

Qeyd edək ki, əməliyyatın keçirilməsi ilə bağlı ilk xəbəri cenub.az saytı yayıb.

Əməliyyat zamanı baş həkimlə yanaşı, xəstəxananın baş mühasibi Sətulla Məmmədov da saxlanılıb.

Oxunma sayı 607