Masazırda evdə yanğın olub

19:38 26.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Abşeron rayonunun Masazır qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 57 m² olan mənzilin mətbəxində mebel 8 m² sahədə qismən yanıb.

Yüksək temperaturdan mətbəxin plastikdən ibarət pəncərə çərçivəsi və lambirindən ibarət tavanı 8 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 1927