Mbappe Messiyə məxsus rekordu yenilədi

14:07 23.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasında Lionel Messinin rekordunu qırıb. Bu, UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda PSJ-nin Belçikanın "Brugge" komandasını 5-0 hesabı ilə darmadağın etdiyi qarşılaşmada qeydə alınıb.

Qarşılaşmanın 52-ci dəqiqəsində parislilərin heyətində əvəzetmədən meydana çıxmış Kilian Mbappe het-trik edib.

Hücumçunun ikinci qolu turnirdə onun 15-ci dəfə fərqlənməsi olub. Mbappe bununla da Çempionlar Liqasının 15 qoluna imza atmış ən gənc (20 yaş, 306 gün) futbolçusu olub. Daha əvvəl Çempionlar Liqasında bu nailiyyət 15 qol vurmuş Lionel Messiyə (21 yaş 28 gün) aid olub.