Mbappe “Real"a qarşı oynamayacaq

13:06 12.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

PSJ Çempionlar Liqasının ilk turundan öncə ciddi itki ilə üzləşib.

Hafta.az fanat.az-a istinadən xəbər verir ki, Paris klubu Kilian Mbappenin xidmətindən məhrum olub. Fransalı hücumçu "Real"la oyunda iştirak etməyəcək.

Bu barədə "Le Parisien" kluba yaxın mənbəyə istinadən xəbər yayıb. Mənbə bildirir ki, 20 yaşlı futbolçu yüngül məşqlərə başlasa da, meydana buraxılmayacaq. Mbappe Fransa çempionatında "Strasburq"la, ÇL-da isə "Real"la görüşə çıxa bilməyəcək.