MDB məkanında ilk dəfə torpaq islahatları məhz Azərbaycanda həyata keçirildi - Komitə sədri

13:06 21.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ulu öndərmizin qətiyyəti və təşəbbüsü ilə MDB məkanında ilk dəfə torpaq islahatları məhz Azərbaycanda həyata keçirildi. Iqtisadiyyatın inkişafı təmin olundu". Bunu YAP-ın yaradılmasının 27 illiyi münasibəti ilə təşkil olunmuş tədbirdə Dövlət Statistikasının sədri Tahir Budaqov deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa olunması ilə Azərbaycana xarici investisiyalar cəlb olunmağa başladı:

"Tibb sahəsində böyük inkişafa nail olundu. 1996-2002-ci illərdə nəqliyyat sahəsində yükdaşıma 2,4 dəfə artdı. Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyyası uğurla davam etdirilməkdədir".

Tahir Budaqovun sözlərinə görə, ümummilli lider əmək bazarına və məşğulluğa geniş yer verib: "Ulu öndərin sərəncamı ilə 1999-cu ildən başlayaraq təhsil sahəsində islahatlara başlanıldı. Eyni zamanda tibb sahəsində pulsuz tibbi yardım və bir sıra islahatlar həyata keçirldi. Ölkədə iqtisadi inkişaf nəticəsində uzunömürlülük artıb. Ölkə əhalisinin həyat səviyyəsi yüksəldilib. Ötən illər ərzində ölkədə qeyri-neft sektoru inkişaf edib".

Oxunma sayı 36