Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

22:51 17.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2020-ci ilin yanvar ayının 31-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (Sumqayıt şəhəri, Heydər Əliyev parkı, 9-cu mkr., Z.Hacıyev küçəsi, 92) Sumqayıt şəhərindən, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xızı rayon Heydər Əliyev Mərkəzində (Xızı şəhəri, Heydər Əliyev prospekti, 37 ) Xızı rayonundan olan vətəndaşları qəbul edəcək.

2020-ci ilin yanvar ayının 23-də saat 11:00-da Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Abşeron rayon Heydər Əliyev Mərkəzində (Abşeron rayonu, Heydər Əliyev parkı) Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra

№-si

Şəhər (rayon)

Əlaqələndirici

şəxs

Əlaqə

telefonu

1

Sumqayıt şəhəri

Mehman Şükürov

050-319-18-25

018-654-46-51

2

Qubadlı rayonu

İlham Əhmədov

055-359-39-39

018-654-46-51

 

3

Şuşa rayonu

Zahid Abbasov

050-221-30-09

012-514-09-05

4

Xızı rayonu

Möhsün Bağırov

050-349-41-89

023-315-03-45

5

Abşeron rayonu

İlham Manafov

051-699-00-37

012-342-11-32

6

Zəngilan rayonu

Mehman Nəsirov

055-440-55-64

012-341-40-21

Oxunma sayı 202