Mehdi Cənnətov Azərbaycan millisinin heyətinə çağırılıb

14:04 06.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Hafta.az AFFA-ya istinadən xəbər verir ki, "Sumqayıt" klubunun qapıçısı Mehdi Cənnətov milliyə dəvət olunub.

Buna səbəb Premyer Liqanın VII turunda keçirilmiş "Neftçi" - "Səbail" oyununda qapıçı Səlahət Ağayevin zədələnməsidir.