Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan SON GÖRÜNTÜLƏR- FOTOLAR

13:43 25.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Keçən ilin noyabr ayında Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun təmiri ilə bağlı sərəncam imzalayıb. Stadionunun yenidən qurulması məqsədilə Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Hafta.az olaraq bu gün stadiona baş çəkdik. İşlər hələki davam edir. "İşlər nə zaman yekunlaşacaq" və yeni stadionın vəziyyəti ilə bağlı suallarımıza cavab tapmaq üçün ərazinin sahə rəisinə yaxınlaşdıq. O bildirdi ki, bizim mətbuata açıqlama verməyə hüququmuz yoxdur, çünki sifarişçi Sumqayıt Şəhər İcra Hakimiyyətidir, bütün məlumatları ordan almaq olar.

Sumqayıt Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayevlə əlaqə saxladıq. E.Qocayev hafta.az-a açıqlamasında bildirdi ki, söküntü işləri yekunlaşıb və artıq stadionun yenidən qurulması işlərinə başlanılıb:

"Qeyd edək ki, 1966-cı ildə istifadəyə verilən, 53 ildə bir çox beynəlxalq oyuna şahidlik edən stadion tamamilə sökülərək yerində yeni və müasir tələblərə cavab verən üstüörtülü arena inşa olunacaq. Yenidənqurma işlərindən sonra arenanın azarkeş tutumu artırılacaq.  Ərazidə üstüörtülü iki ehtiyat meydançanın da tikilməsi nəzərdə tutulub"

Xatırladaq ki, bir müddət öncə mətbuata bildirilmişdi ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu əvvəlkindən üstü örtülü olması ilə fərqlənəcək. Ot örtüyü Hollandiyadan sifariş olunacaq. Qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstü örtülü iki ehtiyat meydança da tikiləcək. Həmçinin, otelin tikintisi də nəzərdə tutulub. Stadionun tutumuna gəlincə ilkin olaraq 16 min nəzərdə tutulub. Ancaq inşaatın gedilşindən asılı olaraq ola bilsin ki, tutum 18 minə yaxın olsun.

 

Sosial rubrikasından digər xəbərlər