Məhəmməd Salahı “Liverpul”da cərimə gözləyir

20:50 22.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Misirdə yaxın qohumunun toy mərasimində iştirak edən və COVID-19-a yoluxan məşhur futbolçu Məhəmməd Salahı “Liverpul”da cərimə gözləyir.

Hafta.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə London qəzetləri etibarlı mənbəyə istinadla məlumat yayıb.

Üç dəfə koronavirus testindən keçən və nəticələri müsbət olan Məhəmməd Salah və daha bir misirli futbolçu - “Arsenal”ın oyunçusu Məhəmməd Əlneni şənbə günü Misirin Hurqada hava limanından şəxsi təyyarə ilə Londona uçublar. Misir mətbuatı yazır ki, hər iki futbolçunu aeroporta aparan avtomobillərdə xüsusi dezinfeksiya işləri aparılıb və onlar hava limanının binasına girmədən birbaşa təyyarəyə miniblər.

Salah və Əlneni Misirə 2021-ci il Afrika Kubokunun seçmə oyunları çərçivəsində Toqo yığma komandası ilə matçda iştirak etmək üçün gəliblər. Qahirədə olduğu vaxt yaxın qohumunun da toyunda maska taxmadan iştirak edən Salah COVID-19-a yoluxub. “Liverpul” geri dönən və bir müddət karantin şəraitində qalacaq futbolçunu karantin qaydalarını pozduğu və komandanı çətin vəziyyətdə qoyduğu üçün yüksək məbləğdə cərimə edəcək.

Oxunma sayı 618