Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib - FOTO

13:14 15.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib.

Hafta.az-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində paylaşılan təbrikdə deyilir:

Təbrikdə bildirilir:

"Əziz məktəblilər və tələbələr! Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!"

Oxunma sayı 1568
Siyasət rubrikasından digər xəbərlər