Hatayda daha bir erməni kilsəsi tikiləcək

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
TürkiyƏnin Hatay vilayətinin Samandağ rayonundakı Yoğunoluk kəndində yerləşən və 1633-1646-cı illərdə inşa edildiyi təxmin olunan erməni kilsəsinin turizm bölməsinə verəcəyi töhfələr nəzərə alınaraq yenidən qurulacaq. Artıq bununla bağlı bölgə rəhbərliyi işə başlayıb. “Evrensel“ qəzetinin yazdığına görə, Abidələr Ali Şurasının göndərdiyi nümaynədələrin ilkin açıqlamasına görə, kilsənin üzərində sonradan aparılan əlavə tikinti işləri nəticəsində dəyişiklik olub. Yəni kilsə sonradan məscidə çevrilib, ona görə də məscidi xatırladan sonrakı tikililər kilsənin üzərindən tamamilə söküləcək. Qəzet əlavə edib ki, 1960-cı ildə kəndə köçmüş türkmənlər bu kilsədən məscid kimi istifadə edirlərmiş.




Vüsal
Oxunma sayı 73