Məktəblərdə koronavirus təhlükəsi ilə bağlı hansı tədbirlər görülür?- AÇIQLAMA

10:00 25.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə koronavirusa qarşı təhlükəsizlik tədbirləri gücləndirilir. Lakin valideynləri narahat edən məsələlərdən biri məktəblərdə təhsil alan övladlarının təhlükəsizliyidir. Bəs Təhsil Nazirliyi məktəblərdə hansı təhlükəsizlik tədbirləri görür?

Nazirlikdən hafta.az-ın sorğusuna cavab olaraq bildirdilər ki, Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqların icrasına dair təlimati məktub ünvanlayıb.

 Təlimat məktubda məktəb direktorları qarşısında aşağıdakı tələblər qoyulub:

Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi;

Ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yerləşdirilməsi;

Ümumi təhsil müəssisələrinin tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması;

Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması;

Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması;

Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması.

Əldə etdiyimiz məlumata görə, artıq orta məktəblərdə nazirliyin təlimatına uyğun olaraq tədbirlər görülür. Sinif otaqlarında dezinfeksiya işləri aparılır. Səhhətlərində problem olan uşaqların ambulator qaydada müalicəsinə şərait yaradılır. 

Sosial rubrikasından digər xəbərlər