Məleykə Əsədova qəza törətdi - FOTO-YENİLƏNİB

14:10 04.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəzanı törədən şəxs Mətanət Əsədova yox, Xalq artisti Məleykə Əsədova imiş.

O, bu barədə məlumatı Axsam.az-a təsdiqləyib:

“Maşınımı möhkəm vurublar. Hadisə bir neçə gün öncə günorta saatlarında olub. Həmin an kəmərimi taxdığım üçün heç burnum da qanamayıb. Hər dəfə evdən çıxanda dua edirəm, Allah məni qorudu. Maşınım isə pis gündədir”.

***

Müğənni Mətanət Əsədova yol-nəqliyyat hadisəsi törədib. 

Hafta.az xəbər verir ki, hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, müğənni idarə etdiyi 10 MB 777 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobili "28 May" metro stansiyası ərzisində hərəkətdə olarkən bardürə vurub. Hadisə nəticəsində xəasrət alan olmasa da, avtomobilə maddi ziyan dəyib.