“Məlum qüvvələr eyni nöqtədən idarə olunurlar” – Cavid Osmanov

16:17 12.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Mühacirətdə olan və özlərini müxalifət adlandıran bir qrup şəxs yenidən fəallaşıb. Onlar Azərbaycan dövləti əleyhinə kampaniya aparırlar. Bir sıra ekspertlər hesab edir ki, onlar Qərbdən maliyyələşdirir. Mənşəyi məlum olmayan maliyyə subyektləri isə çox güman ki, Azərbaycanın müstəqilliyini və iqtisadi inkişafını həzm etməyənlərdir.

Qəribə burasındadır ki, bir müddət əvvəl öz aralarında “qrand savaşı” aparanlar indi yenidən “birləşiblər”. Onları birləşdirən səbəb isə yenidən həmin şəxslərə külli miqdarda vəsaitlərin ayrılmasıdır. Yayılan xəbərlərdən belə qənaətə gəlmək mümkündür. Qəribədir, təxminən 7-8 ay əvvəl bir-birini söyən bu adamlar indi Qərbdəki bəzi “donor”larının sifarişini yerinə yetirməyə başlayıblar.

Millət vəkili Cavid Osmanov hafta.az-a bildirib ki, onlar bu gün dostlaşırlar, sabah nəyisə bölə bilmirlər: “Mənim gözümdə bunların hər bir addımı gülməlidir. Bunlar bu gün dostlaşırlar sabah nəyisə bölə bilmirlər. Mühacirətə gedən insanlar pul alıb, onu bölməyi bacarmırlar. Bunlar hakimiyyət xülyası ilə yaşayırlar. Amma bunlar nəyisə bölə bilmirlər, bunların fikirləri üst-üstə düşmür. Avropada və xaricdə yaşayan üzdəniraq "azərbaycanlılar", burada olan müxalifət özlərini tapa bilməyiblər. Çünki bunların aldıqları nəfəs belə yalandır. Buna görə onlar son zamanlar bir-birini qırmaqla məşğuldurlar. Avqust ayının 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan sərsəm bir bəyanat verdi. Bu hansısa ölkənin Baş nazirinin sözü ola bilməz. Bu küçə bəyanatı idi. O bəyanatında dedi ki, Qarabağ Ermənistanındır. Burada yaşayan müxalifət nümayəndələri və Avropada olan mühacirlər eyni vaxtda fəallaşmağa başladılar. Orduxan kimilərə, Sevinc kimi satqınlara eyni zamanda, sifarişlər gəlir. Paşinyan orada ağzına gələni danışır, Əli Kərimli, Orduxan, Sevinc Osmanqızı da burada sərsəm iddialar irəli sürməyə başlayırlar. Bütün bunlar onu göstərir ki, bunlar eyni nöqtədən idarə olunurlar. Təbii ki, hamı bilir ki, bu eyni nöqtə erməni lobbisidir. Bunlar da Azərbaycanı sevməyən qüvvələrdir”.

Siyasət rubrikasından digər xəbərlər