Məmmədyarov Əlcəzairin yeni səfirini qəbul edib

21:38 09.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarici İşlər naziri Elmar Məmmədyarov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Salima Abdelhakı qəbul edib.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, E.Məmmədyarov Əlcəzairin ölkəmizdəki səfiri S.Abdelhakı təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirdi.

Görüş zamanı tərəflər Azərbaycan və Əlcəzair arasında iqtisadi, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər.

S.Abdelhak etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi və diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Oxunma sayı 36
Siyasət rubrikasından digər xəbərlər