Mən hər zaman ən çətin anımda dövlətin qayğısını hiss etmişəm - 1-ci qrup əlili Prezidentə təşəkkür edir

15:00 29.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hörmətli cənab Prezident.

Mən 1979-cu ildə hemofıliya xəstəliyi ilə dünyaya gəlmişəm. Bu xəstəlik səbəbindən çox ağrı-acılarım olub. Nəticədə 1-ci qrup əlil olmuşam. 2004-cü ildən ailəliyəm, iki övladım var. Bu məktubu Sizə yazmaqda məqsədim dərin minnətdarlıq hissimi bildirməkdir. Mən hər zaman ən çətin anımda dövlətin qayğısını hiss etmişəm. Bunun üçün Sizə və Mehriban xanıma borcluyam. Bu gün istər hemofiliya sahəsində, istərsə də sosial rifahımız üçün imzalanan bir çox Sərəncamların bizim həyatımıza təsirini duyuruq.

Cənab Prezident, 20 ildən çoxdur ki, reabilitasiya məmulatlarından istifadə edirəm. Hazırkı pandemiya dövründə Protez-Ortopedik Bərpa Mərkəzində zənglərə operativ cavab verilməsi, elektron qaydada sənədlərin qəbulu, ünvanlarda xidmətlərin göstərilməsi, reablitasiya vasitələrinin yaşayış ünvanlarına gətirilməsi həyata keçirilir. Bu bizə olan diqqət və qayğının təzahürüdür.

Bütün bunlar üçün Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Bu çətin anlarda belə isti münasibət və ən əsası xüsusi diqqət biz əlilləri sevindirir. Çox sağ olun.

Hörmətlə,

Abdullayev Nurəddin Ramiz oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.

Oxunma sayı 644
Siyasət rubrikasından digər xəbərlər