Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq

14:00 29.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar hərəkət məhdudiyyəti olan vətəndaşların səs vermələri üçün lazımi şərait yaradılır. Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq

Hafta.az xəbər verir ki, bu barədə secki-2020.az saytına Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov məlumat verib.

Onun sözlərinə görə, ehtiyacı olan bütün məntəqələr xüsusi panduslarla təmin edilir:

“Bununla bağlı məntəqələrdə xüsusi panduslar quraşdırılır ki, hərəkət məhdudiyyəti olan seçicilər sərbəst şəkildə məntəqəyə daxil olaraq səsvermə hüququndan istifadə edə bilsinlər. Bütün bunlar diqqət mərkəzindədir və heç kəs diqqətdən kənarda qalmayacaq. Hərəkət məhdudiyyətli seçicilərin də səsvermə hüquqları var, onların bu hüquqları tanınır”.

Oxunma sayı 138
Siyasət rubrikasından digər xəbərlər