Mənzildə 36 yaşlı kişi meyiti tapılıb

20:04 08.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hafta.az FHN-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1983-cü il təvəllüdlü Çerkazov İlya Mixayloviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.