Mərkəzi Bank 100 milyon manat cəlb edir

12:35 19.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 21-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən hafta.az-a bildirilib ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,26-7,99 faiz təşkil edir.