Mərkəzi Bank depozit hərracı keçirəcək - 100 milyon manat

22:21 01.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 4-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən hafta.az-a bildirilib ki, hibrid formalı hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,01-7,74 faiz təşkil edir.