Mərkəzi Bank depozit hərracının nəticəsini açıqlayıb

21:42 16.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən hafta.az-a verilən məlumata görə, sentyabrın 16-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 629.5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.