Mərkəzi Bank hərrac keçirib

22:21 18.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

18 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50102176S dövlət qeydiyyat nömrəli, 170 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən hafta.az-a bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 676,775,900.00 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170,000,000.00 AZN təşkil edib.

17.10.2019 notların ödəmə tarixidir