Mərkəzi Parkda Tağıyevin ev muzeyi açılacaq - FOTO

12:30 30.07.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Parkda görkəmli xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin ev muzeyi açılacaq.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, vaxtilə milyonçunun tikdirdiyi və hazırda Mərkəzi Park ərazisindəki ev digər binalardan fərqli olaraq uçurulmayıb. Qorunub-saxlanıb. Bir əsrdən artıq yaşı olan bina yaşıl örtüklərlə haşiyələnib. Park ərazisindəki işçilərin bildirdiyinə hazırda bina restavrasiya edilir. Bir müddət sonra isə muzey kimi fəaliyyət göstərəcək.

Bundan başqa, parkda vaxtilə Tağıyevin Bakıya çəkdirdiyi Şollar suyu quyuları da qorunub-saxlanılıb. Hətta onların bəzilərindən park ərazisini suvarmaq üçün istifadə edilir. Qeyd edək ki, Mərkəzi Park bu il may ayının 22-də açılıb. Açılışda ölkə prezidenti İlham Əliyev də iştirak edib.