Məşhur aparıcı Azərbaycan əsilli imiş - FOTO

10:55 05.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Peopletalk TV" Yutub kanalında yayımlanan "Lüdi qovoryat" ("İnsanlar danışır") layihəsinin növbəti qonağı Rusiyanın "Birinci kanal"ının aparıcısı, futbolçu Andrey Arşavinin keçmiş həyat yoldaşı Yuliya Baranovskaya olub.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, müsahibəsi zamanı Azərbaycan köklərinin olması barədə danışıb. Aparıcı bu barədə bir neçə il əvvəl, Yelena Malışevanın "Zdorovye" ("Sağlamlıq") proqramında genetik test keçdikdən sonra öyrənib. Məlum olub ki, onun genetik doğmaları Azərbaycanda da yaşayır.

Yuliya Baranovskaya, həmçinin Bakıda keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalı barədə də danışıb. Aparıcı qeyd edib ki, tədbir onun üçün xüsusi önəm kəsb edir. "Birinci kanal"ın ulduzu festivalın aparıcılarından biridir və, onun sözlərinə görə, o, özünü evindəki kimi hiss edir.

Oxunma sayı 87