6 metrostansiya və iki depo istifadəyə veriləcək

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
2011-2016-cı illərdə 6 metrostansiya, 2013-cü ilin sonunadək isə iki depo istifadəyə veriləcək.
Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib. T.Əhmədov qeyd edib ki, prezident İlham Əliyevin təsdiq etdiyi Bakı Metropoliteninin 20 illik inkişafı Dövlət Proqramı çərçivəsində artıq “H.Aslanov-2“-“Y-18“- “Yeni Günəşli“ sahəsində tikintiyə hazırlıq işləri başlanılıb. 2013-cü ilədək “Dərnəgül“ elektrik deposu istismara verildikdən sonra “28 May“ metrostansiyasında yenidənqurma işləri aparılacaq, xətlər bir-birindən ayrılacaqdır. Beləliklə, “H.Aslanov“-“İçərişəhər“ və “Xətai“-“Dərnəgül“ xətlərində müstəqil hərəkəti təşkil etmək mümkün olacaq. Həmçinin T.Əhmədov vurğulayıb ki, uzunluğu 7 kilometr (3 stansiya) olan “Xətai“-“H.Aslanov-2“ sahəsində də tikinti işləri aparılır. Bundan başqa, həyata keçiriləcək tədbirlər nəticəsində 2016-2017-ci illərdə 16 stansiyadan ibarət “Dərnəgül“ - “Yeni Günəşli“ xəttində tam sərbəst hərəkət təmin ediləcək.