Məşhur cütlüyə rekord məbləğli təklif

20:38 05.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Uzun müddətdir evli olan aktrisa Bergüzar Korel və Halit Ergenç məşhur markanın siması olub.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, brilliant brendi reklam çəkilişlərində iştirak etmək üçün cütlüyə rekord təklif irəli sürüb.

Onlar artıq şirkətlə razılaşaraq müqavilə imzalayıblar. Çəkilişlərdə iştirak edən Bergüzar və Halitə 3,5 milyon TL ödəniş olunub.

Qeyd edək ki, məşhur aktrisa beş aylıq hamilədir.