Messidən 52-ci het-trik

11:44 10.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Barselona”nın hücumşusu Lionel Messi La Liqanın 13-cü turunun “Selta”ya qarşı oyununda (4:1) üç qol vurub.

Hafta.az xəbər verir ki, bu, argetinalı hücumçunun karyerasında 52-ci het-triki olub.

O, bu oyunda bir qolu penaltidən, ikisini isə cərimə zərbəsindən rəqib qapısından keçirib. Bununla da Messi cərimə zərbəsindən vurduğu qolların sayını da 52-yə çatdırıb.