“Qarabağda becərilən narkotik vasitələr qanunsuz dövriyyəyə çıxarılır“

15:15 18.10.2011
Yazını böyüt
Yazını kiçilt

Yuri Fedotov: “Ona görə də Azərbaycan bu axına hazır olmalıdırlar“

Digər ölkələr kimi Azərbaycan da Əfqanıstandan narkotiklərin artan axını ilə qarşılaşmalı olacaq. Bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin icraçı direktoru Yuri Fedotov xəbərdarlıq edib. “2011-ci ildə dünyada tiryək istehsalı 61 faiz artıb, eləcə də tiryək laləsinin yetişdirildiyi sahələr genişlənib, həmçinin əvvəllər tiryək laləsindən azad olduğu hesab edilən əyalətlərin sayı 20-dən 17-dək azalıb. Azərbaycan da Əfqanıstandan narkotiklərin artan axını ilə qarşılaşmalı olacaq Azərbaycanın işğal olunmuş ərazilərində becərilən narkotik vasitələr qanunsuz dövriyyəyə çıxarılır. Əgər Əfqanıstanda əvvəllər narkotik istehsal etməyən vilayətlərin sayı 20 idisə, hazırda 17-yə düşüb. Rəsmi statistikaya görə, narkotik istehsalı Əfqanıstanda təkcə ÜDM-in 10%-ni təşkil edir“, - Fedotov jurnalistlərə açıqlamasında belə deyib. Fedotov bildirib ki, bu il Əfqanıstanda tiryək və heroin istehsalının artmasına səbəb ötən il tiryək laləsi plantasiyalarını məhv edən göbələyin yayılması ilə əlaqədar onun istehsalının iki dəfə azlması və qiymətlərin artması olub ki, bu da təbii olaraq kəndlilərə tiryək laləsi yetişdirmək üçün daha böyük stimul verib. “Əfqan kəndlilərinin tiryək laləsi yetişdirməkdən əldə etdiyi gəlir ölkənin ÜDM-nin təxminən 10 faizini təşkil edir. Narkotiklərin tranziti ilə mübarizədə əməkdaşlığı nizamlamalı olan bir sıra regional formatlar mövcuddur“, - o deyib. Fedotovun dediyi kimi, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi yaxın həftələrdə Əfqanıstan və qonşu ölkələr üçün yeni proqrama başlamağı planlaşdırır. “Əfqanıstanda regional əsasda narkotiklər problemi ilə məşğul olacağıq. Ümid edirəm ki, Azərbaycan da Əfqanıstandan gələn narkotik axınının azaldılmasına yönəldiləcək bu proqramın həyata keçirilməsinə kömək edəcək“, - icraçı direktor bildirib. Azərbaycan gömrükdə konteynerlərə nəzarət layihəsinə başlayan azsaylı ölkələrdən biridir. O qeyd edib ki, sərhədi 100 faiz bağlamaq mümkün deyil, ona görə də ölkələrin narkotik tranzitinin qarşısının alınması sahəsində əməkdaşlığı vacibdir.
Əli