Metroda sərnişin özünü qatarın altına atdı - VİDEO

21:51 27.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı metrosunda həyəcanlı an yaşanıb.

Hafta.az trend-ə istinadən xəbər verir ki, hadisə metronun "Azadlıq prospekti" stansiyasında baş verib.

Bir neçə dəqiqə öncə qatar stansiyaya daxil olarkən platformadakı sərnişinlərdən biri özünü relsin üzərinə atıb. Maşinist dərhal qatarı saxlayıb və polislərin köməkliyi ilə sərnişin platformaya çıxarılıb.

Qatarın hərəkəti bərpa olunub.

Oxunma sayı 769