Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun iclasında iştirak edib - FOTO

21:00 19.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 18-də Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun videokonfrans formatında ikinci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən hafta.az-a verilən məlumata görə, yığıncaqda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Forumun prezidenti Borge Brende, həmçinin 30-dan çox ölkədən yüksək səviyyəli şəxslər iştirak ediblər.

Regional Fəaliyyət Qrupunun məqsədi Dördüncü sənaye inqilabı, eləcə də dəyişən siyasi və iqtisadi mühitdə Avrasiya regionunun inkişafının istiqamətləndirilməsinə dəstək verilməsidir.

İclasda karantin rejimindən çıxış strategiyaları üzrə koordinasiyanın vacibliyi, postpandemiya dövrünə hazırlıq, təchizat zəncirinin dayanıqlığının artırılması, “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun birinci iclası aprelin 30-da keçirilib.

Oxunma sayı 346