Mikroavtobus piyadanı vurub öldürdü

11:50 06.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə şəhərin E.Həsənov küçəsində qeydə alınıb. Gəncə şəhərində yaşayan,1987-ci il təvəllüdlü Məmmədov Füzuli Vidadi oğlu idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusla həmin küçədə dönmə hərəkəti edərkən, avtomobilin arxa hissəsi ilə yolun kənarında dayanan 1954-cü il təvəllüdlü Kazımov Faiq Kazım oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Oxunma sayı 141