Milli Məclis Vergi Məcəlləsinin müzakirəsinə başladı

13:42 14.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin bu günkü plenar iclası spiker Oqtay Əsədovun rəhbərliyi ilə işə başlayıb.

Hafta.az-ın parlament müxbirinin verdiyi məlumata görə,  sədr iclasda Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirə olunacağını bildirdikdən sonra layihə barədə ətraflı məlumat vermək üçün sözü İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadəyə verib.

“2001-ci ildə qəbul edilmiş Vergi Məcəlləsi iqtisadi inkişafımıza öz töhfəsini verib. Ancaq qloballaşan dünyada baş verən dəyişikliklər Vergilər Məcəlləsinə dəyişiklik etməyi zəruri edir”- deyə Z.Səmədzadə vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, Vergilər Məcəlləsində 162 dəyişiklik nəzərdə tutulur ki, onlardan 73-ü ayrı-ayrı maddələrin dəyişikliyi ilə əlaqədardır.

“Edilən dəyişikliklər ədalətli rəqabətin yaradılmasına hesablanıb. Bu dəyişikliklər sahibkarlığın inkişafına, haqsız rəqabətin aradan qaldırılmasına imkan verəcək”, - Z.Səmədzadə bildirib.

Komitə sədrinin sözlərinə görə, digər vacib məsələlərdən biri vergidən yayınan şəxslərə qarşı mübarizənin nəzərdə tutulmasıdır.

Məcəlləyə əsasən, quş ətinin idxalının daha 4 il ərzində

ƏDV-dən azad edilməsi, həmçinin heyvan ətinin 4 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

İclas öz işini davam etdirir.

 

Gündəm rubrikasından digər xəbərlər