Milli Məclisin buraxılması məsələsi ilə bağlı müzakirələr başladı 

12:00 02.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin bu gün keçirilən iclasında Parlamentin buraxılması məsələsi ilə bağlı müzakirələrə başlanılıb.

Hafta.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasını (YAP) partiyanı təmsil edən deputatlar Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış edirlər.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası, eyni zamanda partiyanı Parlamentdə təmsil edən deputatlarla görüş keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.

Milli Məclisdə təmsil olunan bitərəf deputatlar da iclas keçirərək parlamentin buraxılması məsələsini dəstəkləyiblər.

Siyasət rubrikasından digər xəbərlər