Milli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşüb - FOTO

22:48 08.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 8-də Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində qanunvericiliyin tələblərinə uyğun olaraq seçicilərinin növbəti qəbulunu keçirdi.

Hafta.az-ın məlumatına görə, qəbul zamanı seçicilər üzləşdiyi müxtəlif növ problemləri səsləndirdilər. Vətəndaşlar tərəfindən qaldırılan sosial, kommunal, infrastruktur, humanitar məsələlər müzakirə edildi. Qaldırılan məsələlərin bir qismi dərhal yerindəcə həll edildi.

Görüşdə, habelə seçicilərin kommunal problemlərinin aradan qaldırılması, təhsil, işsizlik və digər müraciətlərin araşdırılması, bununla bağlı zəruri tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara göndərilməsi barədə qərar qəbul edildi. Eyni zamanda, məhkəmə predmeti ilə əlaqədar olan məsələlərlə bağlı seçiçilərə lazımi hüquqi izahatlar verildi və tələb olunan sənədlərin hazırlanması qaydası izah olundu.

Adil Əliyev görüş zamanı ölkəmizdə koronavirusa qarşı aparılan mübarizənin mühüm əhəmiyyət kəsb etdiyini, bu sahədə çox ciddi uğurların əldə olunmasını qeyd etdi. O, büdcədə nəzərdə tutulmuş və vətəndaşların həyatına müsbət təsir edəcək bütün sosial proqramların uğurla icra edildiyini söylədi. Bildirildi ki, xüsusilə son günlər yoluxanların statistikasında azalmalar müşahidə olunur. Lakin, buna baxmayaraq, hər kəsin Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün növ tapşırıq və tövsiyələrinə əməl etməsi çox vacibdir.

Görüşdə iştirak edən vətəndaşlar qaldırılan məsələlərin həllinə görə öz minnətdarlıqlarını ifadə etdilər, Azərbaycan xalqının daim ölkə rəhbərliyinin yanında olduğunu diqqətə çatdırdılar, pandemiya dövründə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Keçirilmiş görüş zamanı karantin qaydalarına əməl edilmiş və yekunda aztəminatlı ailələrə sovqat və tibbi ləvazimatlar paylanılmışdır.

Oxunma sayı 2713