Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri davam edir - FOTO

21:00 21.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri davam edir.

Hafta.az-ın məlumata görə, Azərbaycan parlamentinin spikeri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Rusiyadakı Səfirliyinə gələrək ümummilli lider Heydər Əliyevin barelyefi önünə əklil qoyub.

Səfər çərçivəsində Sahibə Qafarovanın Federasiya Şurasının payız sessiyasının ilk iclasında çıxışı planlaşdırılır.

***

16:49

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir

Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfərə gəlib.

Milli Məclisdən hafta.az-a verilən məlumata görə, bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Səməd Seyidov, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlardan Eldar Quliyev, Mixail Zabelin, Əminə Ağazadə, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Moskva şəhərinin “Domodedovo” hava limanında Milli Məclisin nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb.

Sabah Parlamentin Sədri Sahibə xanım Qafarova səfər proqramına uyğun rəsmi görüşlərə başlayacaq.

Oxunma sayı 3135
Siyasət rubrikasından digər xəbərlər