Milli Şuranın piketindəki məcburi köçkünün yalanı üzə çıxdı

11:58 10.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Müxalifət ilk növbədə düşünməlidir ki, onların fəaliyyəti nəticəsində 1 milyon məcburi köçkünümüz var. Məcburi köçkünlərlə bağlı sosial proqramları reallaşdıran Ulu Öndərimiz və onun davamçısı cənab Prezident Ilham Əliyevdir."

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə bunu Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. Komitə sədri bildirib ki, Prezidentin sərəncamı ilə məcburi köçkünlərin sosial şəraiti mütəmadi olaraq yaxşılaşdırılmaqdadır: "Hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, torpaqlarımızın işğaldan azad edilməsi yalnız ulu öndərin siyasəti və cənab prezidentin qətiyyəti ilə bərpa olunacaq. Müxalifətin mitinqində çadırda çürüyürəm deyən adam yalan danışır. Dövlət onu evlər təmin edib".

O bildirib ki, Milli Şuranın keçirdiyi piket zamanı videomüsahibə verərək evsiz olduğunu deyən məcburi köçkünün yalan danışdığı məlum olub: "Biz bununla bağlı araşdırma apardıq. Həmin şəxsin Zəngilan rayonundan olan məcburi köçkün Yaşar Cəlilov olduğu məlum oldu. Ona və ailə üzvlərinə ev verilib".

Siyasət rubrikasından digər xəbərlər