Milli yoxlama oyununda qalib gəldi

20:52 25.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Antalyada hazırlıq prosesi keçən 19 yaşlılardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Makedoniyanın U-19 yığması ilə üz-üzə gəlib və 1:0 hesabı ilə qələbə qazanıb. U-19-un heyətində Camal Cəfərov qol vurub.

Milli bundan əvvəl "Alanyaspor"un 19 yaşlılardan ibarət kollektivinə 4:2 hesabı ilə qalib gəlib.