Yuxarı Qarabağ iqtisadi rayonunda 1411 yeni iş yeri yaradılacaq

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayevdən aldığımız məlumata görə, adıçəkilən qurum tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 1233 investisiya layihəsinin maliyyələşdirilməsinə 103,6 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 65 investisiya layihəsinin maliyyələşdirilməsinə 87,2 milyon manat güzəştli kredit verilib. Həmsöhbətimiz vurğuladı ki, sonuncu layihələr sırasında 12 soyuducu, 1 taxıl anbarı kompleksinin, 8 müasir çörək istehsalı müəssisəsinin, südlük istiqamətli 2 cins heyvandarlıq kompleksinin, 9 müasir istixana kompleksinin, 2 süd məhsullarının emalı müəssisəsinin, 12 quşçuluq təsərrüfatının, 3 ət emalı (kəsim sexi), 2 meyvə-tərəvəz emalı yaradılması, 3 turizm infrastrukturunun inkişafı üzrə layihələr də var: “Bundan əlavə 65 layihə içərisində 1 bitki mənşəli qida yağları, 1 yeyinti sənayesi məhsulları, 1 quru meyvə, 1 mebel, 1 kağız və karton məmulatları, 1 parça, 1 tikinti materiallarının, 4 kənd təsərrüfatı məhsulları istehsalı və (intensiv bağçılıq) müəssisəsinin yaradılması da yer alıb. Aqrar sektorun və digər sahələrin inkişafı yönümlü 6 investisiya layihəsinin maliyyələşdirilməsinə 2 milyon manat və 1162 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 14,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 5013 yeni iş yerinin yaradlacağı nəzərdə tutulub“.


Təbriz Vəfalı